Texniki servis
Şirkətimiz satışını reallaşdırdığı stomatoloji avadanlıqların quraşdırılması və təmiri üzrə texniki xidmətləri də təklif edir. Satılan məhsullarda (cihaz, avadanlıq və texnika) yarana biləcək problemlərin müəyyən olunması, diaqnozun qoyulması, nasazlığın aradan qaldırılması, təmiri, texniki qulluq və zəmanəti üzrə xidmətlər həyata keçiririk. Peşəkar texniki heyətimiz müntəzəm olaraq təlimlər keçir, bununla bərabər, bilik və bacarıqların artırılması üçün daima ölkə daxilində və xaricində kurslara cəlb olunurlar. Müştərilərimizə operativ, etibarlı və keyfiyyətli xidmət göstərmək ən önəmli hədəflərimizdəndir.